COP29

150 mini rədd etdi, Berdiyevin əlindən “Turan“dan qaçdı - Gccə transferinin GİZLİNLƏRİ

09:40 Turan 799
150 mini rədd etdi, Berdiyevin əlindən “Turan“dan qaçdı - Gccə transferinin GİZLİNLƏRİ

“Turan Tovuz”da çoxdan gözlənilən ayrılıq, nəhayət, dünən gecə saatlarında gerçəkləşdi.

Oto Con 2023-cü il, iyulun 1-dən şərəfini qoruduğu klubla vidalaşdı.

Tovuz təmsilçisi onun transferi ilə bağlı Liviyadan “Al Madina” ilə razılıq əldə etdi.

27 yaşlı nigeriyalı “Turan Tovuz”da 56 oyunda meydana çıxıb və 16 qol vurub. Onun klubla müqaviləsi bu ilin iyulun 30-da başa çatacaqdı.

Adıçəkilən hücumçu bu komandaya “Dukagini”dən (Kosovo) keçmişdi. Buna qədər isə “Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” və “Priştina”da (hər ikisi Kosovo) oynayıb.

Kurban Berdiyevlə yola getməyən, zaman-zaman baş məşqçi ilə problem yaşayan, hətta ara-sıra əvəzedici heyətə «sürgün» olunan afrikalı neçə vaxt idi ki, «Turan»ı tərk etməyə çavlışırdı.

Saytımız son vaxtlar bununla bağlı bir neçə xəbər paylaşıb.

Tovuz klubunda çalışan dostlarımız vasitəsilə əldə elədiyimiz informasiyaların düzgünlüyünə əmin idik və dünənki rəsmi açıqlama da göstərdi ki, qətiyyən yanılmamışıq.

Jo Batistanın transferindən sonra əsas heyətdə yer almayacağının fərqinə varan Cona 150 min dollarlıq yeni müqavilə təklif edilməsindən xəbərdarıq.

«Turan»da keçirdiyi ilk sezonda 4000 dollar maaş alan, cari ildən əməkhaqqısı az qala ikiqat artırılan nigeriyalı kontraktını uzatsaydı, ayda 15 min qazanacaqdı.

Lakin hücumçu bununla da razılaşmadı və Livyanın yolunu tutdu. Tovuz təmsilçisinə qalan isə ərəblərin ödəyəcəyi 50-60 min dollar civarında təzminatdan başqa bir şey deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti