COP29

Berdiyev bu keçidə mane olmaq istədi, amma… 4 aylıq müqavilə!

09:50 Turan 511
Berdiyev bu keçidə mane olmaq istədi, amma… 4 aylıq müqavilə!

Son olaraq hücum xəttinə Jo Batistanı transfer edən "Turan Tovuz" yerli forvardla yollarını ayırıb.

Sadiq Şəfiyev mövsümün qalan bölümünü "Kəpəz"də keçirəcək.

Bir ay öncə Orxan Əliyevi 50 min manat təzminat qarşılığında qarşı tərəfə satmış Gəncə təmsilçisi adıçəkilən gənclə 4 aylıq icarə müqaviləsi imzalayıb.

Sadiq bu mövsüm "Turan Tovuz"un heyətində 7 oyunda meydana çıxıb, "Şamaxı"ilə səfər qarşılaşmasında onun vurduğu qolla komandasının 1 xal qazanmasında pay sahibi olub.

"Kəpəz"ə gediş Şəfiyevin öz istəyidir. O. başqa təkliflər alsa da, daha çox oyun praktikası qazanacağı vədi aldığı "sarı-göylər"in düşərgəsinə yollanıb.

Kurban Berdiyev son ana kimi bu keçidin əleyhinə çıxıb. Baş məşqçi U-19 yığmasının hücumçusunun israrını görüncə, yumlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti