“Turan Tovuz” rəhbərliyi 60 illik yubileyini qeyd edən Yunis Hüseynovu təbrik edib.
Sportinfo.az xəbər verir ki, klubun idarə heyətinin rəhbəri Ehtiram Quliyev yubilyarla görüşüb, ona 60 nömrəli “Turan Tovuz” formasını təqdim edib.
Yunis Hüseynov hazırda “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin əsas köməkçisidir.