Premyer Liqanın XXI turunda "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Oyunda hesab 29-cu dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Alexandro Serrano fərqlənib.
45+2-ci dəqiqədə qırmızı vərəqə alan Kauan Martins qərb təmsilçisini meydanda azlıqda qoyub. Qonaqları məğlubiyyətdən xilas edən qola isə Madi Queta imza atıb.
82-ci dəqiqədə baş zərbəsi ilə rəqib torunu silkələyən oyunçu "dənizçilər"ə 1 xal qazandırıb.
36 xalı olan "Turan Tovuz" dördüncü, 16 xala malik "Səbail" isə sonuncu - onuncudur.
"Turan Tovuz" - "Səbail" 0:0
Qollar: Alexandro Serrano, 29 // Madi Queta, 82
Tovuz şəhər stadionu, 5000 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Sergey Samok, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Suleyman Alluş, 45 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Kauan Martins, 45 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yunis Hüseynov (“Turan Tovuz”), 45+3 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Ruslan Abışov (“Turan Tovuz”), 45+3 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Turan Tovuz”: 41. Sergey Samok 88. Faiq Hacıyev 7. İsmayıl Zülfüqarlı 13. Fərid Yusifli 77. Veysəl Rzayev 9. Kristian da Silva (k) 23. Alexandro Serrano 90. Joarlem Santos (80. Otto Con, 69) 15. Emmanuel Hakman (6. Araş Qaderi, 33) 40. Kauan Martins 21. Aleks Souza (11. Ayxan Hüseynov, 89)
Ehtiyat oyunçular: 1. İvan Konovalov 71. Mehman Hacıyev 39. Sadiq Quliyev 19. Orxan Əliyev 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 44. Rüfət Əhmədov 30. Mircamal Əlizadə 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev
“Səbail”: 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 10. David Qomis (11. Rüfət Abdullazadə, 63) 8. Qorka Laruçça 3. Dmitro Litvin 99. İnnosent Nşuti 4. Marko Nikoliç (19. Samir Abdullayev, 63) 7. Madi Queta 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 83. Nihad Quliyev 16. Emin Rüstəmov 97. Oruc Məmmədov 88. Hacıəli Şirəliyev 5. Gitay Sofir
Baş məşqçi: Cavid Hüseynov