Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 21-ci turunun "Səbail"lə matçından (1:1) sonra mətbuat konfransında sualları cavablandırıb.
- İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərdə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir.
- Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?
- Xeyr, birinci dəfədir.
- Autsayderlər "Kəpəz" və "Səbail"lə oyunlarda xal itkilərinin səbəbi nədir?
- İkisi də fərqli oyundur. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Paralellər aparmağı doğru hesab etmirəm.
- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?
- Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı.
- Emmanuel Hakmanın durumu necədir? Digər zədəli futbolçular nə vaxt sıraya dönəcək?
- Onun belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Digər futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik.