COP29

Bəxti “gül açan” “Turan” – Oyunu ilə yox, şansı hesabına qazandıqları matçların SİYAHISI

14:00 Turan 209
Bəxti “gül açan” “Turan” – Oyunu ilə yox, şansı hesabına qazandıqları matçların SİYAHISI

"Allah bizə belə oyunlarda yardım edir".

Bu fikirləri "Qarabağ" üzərində qələbədən sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev dilə gətirib.

Əslində elə biz də həftələrdi deyirik ki, bölgə klubu bir çox oyunlarda qələbəyə layiq çıxış sərgiləməyib.

Ən yaxşı halda rəqibi ilə eyni səviyyədə mübarizə aparıb. Amma sonda zəlzələdən, ya vəlvələdən bəxt onların üzünə gülüb.

Ağıllarına gəlməyən, başlarına gəlib. "Qarabağ"la oyunda olduğu kimi. Elə Berdiyev də "belə oyunlarda" deməklə həm də əvvəlki matçları nəzərdə tutub.

Arxada qalan bənzər qarşılaşmaların siyahısı isə kifayət qədər genişdir.

8-ci tur. "Şamaxı" - "Turan Tovuz" 2:2

Kristian da Silva bərabərlik qolunu 90+5-ci dəqiqədə penaldan vurub.

9-cu tur. "TuranTovuz" - "Zirə" 1:0

Faiq Hacıyev 89-cu dəqiqədə qələbə qolunu rəqib qapısından keçirib.

11-ci tur. "TuranTovuz" - "Kəpəz" 2:1.

Bu dəfə Emmanuel Hakmanın hakimin əsas vaxta əlavə etdiyi 3-cü dəqiqədə qələbə qolunu vurub.

13-cü tur. "Səbail" - "Turan Tovuz" 1:1.

Faiq Hacıyev 86-cı dəqiqədə dəqiq zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.

16-cı tur. "TuranTovuz" - "Şamaxı" 3:2.

Roderik Miller 94-cü dəqiqədə qələbəni gətirən qolun müəllifi olub.

Nə az, nə çox "köhlən atlar"dan başqa daha 5 rəqiblə matçda tovuzlular son dəqiqələrdə gələn qola seviniblər.

Bu isə üst-üstə 14 xal deməkdir. Həqiqətən, arxada qalan müddətdə bəxt, tale birmənalı olaraq Qərb təmsilçisinin yanında olub.

Bunun nə vaxta qədər davam edəcəyini demək isə çox çətindir. Ən yaxşısı gözləyək...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”