COP29

Rəhbər “Qarabağ”ı udan komandasının arzusunu yerinə yetirmədi, əvvəlkindən az pul verdi - VİDEO

29 Yanvar 09:40 Turan 699
Rəhbər “Qarabağ”ı udan komandasının arzusunu yerinə yetirmədi, əvvəlkindən az pul verdi - VİDEO

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin futbolçuların ümidlərini doğrultmayıb və onların istəklərini lazımı səviyyədə yerinə yetirməyib.

Söhbət Premyer Liqanın 20-ci turunda «Qarabağ» üzərində əldə olunan səfər qələbəsinə görə ödənilən mükafatdan gedir.

Son dəqiqələrdə vurulan 2 qolla geridönüş edən və 3 xal qazanan qonaqlar iş adamından 100 min manatdan çox «ənam» gözləsə də, o, bu rəqəmdən aşağı məbləğ ayırıb.

Belə ki, tikinti maqnatı cəmi 80 min manat ödəməklə kifayətlənib.

Bu isə ilk dövrədəki mükafat fondundan da azdır. Həmin vaxt Suraxanıdan 1:0-lıq qalibiyyətlə geri dönən kollektivə 100 min manat verilmişdi.

İkinci dövrənin Tovuzda keçirilən və 0:0 bitən görüşünə görə onlara 50 min manat çatmasını xatırladaq.

Ümumən, Quliyev «Qarabağ»la 3 qarşılaşmaya görə üst-üstə 230 min manat xərcə düşüb.

Aşağıda təqdim etdiyimiz görüntülər Bakıda çəkilib. Cavid Cəlilovun final fitindən sonra paltardəyişmə otağına daxil olan sədr burada böyük hay-küylə qarşılanıb.

Kapitan Şəhriyar Əliyev rəhbəri görüncə, «ən böyük başqan bizim başqan!» deyə qışqırmağa başlayıb, ardınca digər futbolçular da ona qoşulub.

Aydındır ki, Əliyevin boğazına güc verməkdə məqsədi Quliyevi daha səxavətli davranmağa sövq etməkdir. Ancaq görünür, klubun birinci şəxsi əvvəldən o fikirdə olmayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 16:20 "Qarabağ" yolda - FOTOLAR