COP29

“Qarabağ”la matçda “ilişdi” - “Turan Tovuz” yeni transferi

28 Yanvar 09:00 Turan 604
“Qarabağ”la matçda “ilişdi” - “Turan Tovuz” yeni transferi

“Turan Tovuz” yeni transferi Rəhim Sadıxovun xidmətindən məhrum qalıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi komandanın Premyer Liqadakı növbəti oyununu buraxmalı olacaq.

Buna səbəb 28 yaşlı pleymeykerin cari mövsümdə 4-cü sari vərəqəsini alması olub. O, 20-ci turda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri matçın 38-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Sadıxov mövsümün ilk yarısında “Sumqayıt”ın heyətində də passivinə 3 “sarı” yazdırmışdı.

Beləliklə, cəzalı duruma düşən Rəhim fevralın 1-də 21-ci tur çərçivəsində “Səbail”lə keçiriləcək ev oyununda komandasına kömək edə bilməyəcək.

Sadıxov bu mövsüm Premyer Liqaada ümumilikdə 18 oyun keçirib, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 16:20 "Qarabağ" yolda - FOTOLAR