"Turan Tovuz"un forvardı Otto Conun bu gün doğum günüdür.
Bölgə klubunun rəsmi hesabından futbolçunun ünvanına təbrik postu ünvanlanıb.
Amma fanatlar nigeriyalının xoş günündə onun şəninə təbrikdən çox tənqid yağdırıblar.
Bu da onun mövsüm ərzində sərgilədiyi futbolla bağlıdır.
O, arxada qalan 19 turda 1-i penaldan olmaqla aktivinə 3 qol yazdıra bilib.
Bir dəfə isə on bir metrlik zərbəni qeyri-dəqiq yerinə yetirməsi ilə yadda qalıb.
27 yaşını tamamlayan afrikalı ilə bağlı xoş olmayan görüntünü dəyişmək üçün köməyə klubun rəhbəri Ehtiram Quliyev də gəlib.
Digər futbolçuların ad günü təbriki postuna səssiz qalan rəhbər şəxs bu dəfə Ottonu şəxsən təbrik edib.
Təbii ki, onun bu addımında məqsəd fanatların aqressiyasını azaltmaq, təbriklə bağlı neqativlərin yönünü dəyişmək olub.
XANOĞLAN / SPORTİNFO.AZ