"Turan Tovuz" bu gün daha bir transferi rəsmiləşdirib.
Klub saytımızın yanvarın 22-də yaydığı xəbəri (https://www.sportinfo.az/idman_xeberleri/turan/212742.html) bir qədər öncə açıqlayıb.
Joarlem Batista Santos ilə 2,5 illik müqavilə bağlanılıb.
Braziliyalı mərkəz hücumçu son olaraq Portuqaliyada "Çaves"in formasını geyinib.
Performansına gəlincə, son klubunda ümumilikdə 61 oyuna çıxan Batista 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
29 yaşlı "sambaçı" bu mövsüm Portuqaliya II Liqasında 6 oyunda meydana çıxıb və 1 qol vurub.
Jo Batista 1995-ci il mayın 1-də Brazilyanın Teofilo Otoni şəhərində anadan olub. 1,92 metr boya malikdir, Peşəkar karyerasında 2014-cü ildə “Moji Mirim”də başlayıb.
Sözügedən forvard indiyədək 13 klubun formasını geyinib.
“Uniao Sao Joao”, “Moqi Mirim”, “Marília” “Kapivariano”, “Taubaté”, “Frankana”, “Komersial-MS”, “Linens”, “Mito HolliHok”, “Yuventus Yaraquá”, “Anqra dos Reys” və “Sportinq Kovilha”nın uğurları üçün tər töküb.
Cənubi amerikalı 2022-ci ildən «Çaves»in uğurları üçün tər tökürdü. Portuqaliyanın I Liqasını tərk edən «Çaves» müəyyən təzminat qarşılığında onunla yollarını ayırmağa razılaşıb.
Məşhur statistika portalı “transfermarkt”ın məlumatına görə, onun dəyəri 150 min avrodur. Amma biləsiz ki, bu, şişirdilmiş rəqəmdir.
Azərbaycan klubu ona görə “Çaves“ə 50 min avro kompensasiya ödəyib.
“Turan Tovuz“un idman və marketinq üzrə direktoru Səməd Nəsibov onu ölkəmizə gəlməyə razı salmaq üçün şəxsən özü Portuqaliyaya səfər edib.
Yanvarın ilk günlərinə təsadüf eləyən yolçuluq 3 gün çəkib. “Çaves“ öncə 100 min avro təxzminat tələbində bulunub.
II Liqadan düşmüş klubun rəhbərliyi braziliyalıya başqa müştərinin çıxmadığını görəndən sonra qiyməti iki dəfə aşağı salmaq məcburiyyətində qalıblar.
SPORTİNFO.AZ