COP29

“Turan” yenə qarışdı, Berdiyev özündən çıxdı - Bu futbolçuların alınmasını o, istəməyib!

15:00 Turan 1 260
“Turan” yenə qarışdı, Berdiyev özündən çıxdı - Bu futbolçuların alınmasını o, istəməyib!

«Turan Tovuz»da rəhbərlik - baş məşqçi münasibətləri yenidən gərginləşib.

Komandanın 2025-ci ilə ağır yenilgi ilə start verməsi tərəflər arasında artıq söz-söhbətlərə gətirib çıxarıb.

Kurban Berdiyev «Kəpəz»ə 2:5 hesablı məğlubiyyətin onunla bağlı olmadığı qənaətindədir. 73 yaşlı sükançı hesab edir ki, yönəti öz üzərinə düşən işləri yerinə yetirmir.

Rusiyalı çalışdırıcı qış transfer pəncərəsinin böyük ölçüdə boşa verildiyi fikrindədir.

Vaxtilə «Rubin»lə iki dəfə Rusiya çempionu olmuş mütəxəssis klub funksionerləri ilə söhbətində bildirib ki, istədiyi transfer əməliyyatları icra olunmayıb. Berdiyev yalnız Anton Kraçkovskinin adını çəkib.

O, Mahaçqala «Dinamo»sundan icarəyə götürülən müdafiəçidən başqa digər yeni oyunçuların heç birinin onun siyahısında yer almadığını söyləyib.

Rəhim Sadıxov, Orxan Əliyev və Kauan Martins De Paulanın komandanı gücləndirəcəyinə böyük şübhə ilə yanaşıb.

Bu tərəfdən isə ilə biabırçı start Ehtiram Quliyevi o ki var hiddətlədirib!

Klubun İdarə Heyətinin sədri Premyer Liqanın 19-cu turunda «Kəpəz»ə 2:5 hesablı məğlubiyyətin təsirindən necə şoka düşübsə, matçdan sonra futbolçulara sərt etiraz bildirib.

Dostlarını derbiyə dəvət etmiş və 90 dəqiqə ərzində siqareti siqaretə calamış rəhbər şəxs komanda üzvləriylə söhbətində pərişan olduğunu söyləyib:

«Mən onların yanında xar oldum. Oyundan qabaq əmin idim ki, qələbə qazanacağıq.

Amma qalibiyyət üçün axıradək mübarizə aparmadız. İkinci hissədə oynamadız.

Bu heyətlə çempionatda dördüncü yeri tutacağımızı gözləyirdim. Belə görürəm ki, bu oyunla mövsümü altıncı pillədə başa vuracağıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti