COP29

Premyer Liqanın varlı klubu ən ucuz transferini etdi

09:40 Turan 580
Premyer Liqanın varlı klubu ən ucuz transferini etdi

«Turan Tovuz» son 1 ilin ən ucuz transfer əməliyyatına imza atıb.

2025-ci ilə böyükhesablı «Kəpəz» məğlubiyyəti (2:5) ilə başlayan qərb klubu Kauan Alexandre Martins de Paulaya qədər heç kimə bu qədər aşağı məbləğ ödəməyib.

24 yaşlı braziliyalı ilə ilyarımlıq müqavilə imzalayan əyalət təmsilçisi ona hər ay 4000 dollar əməkhaqqı verəcək.

Sol cinah müdafiəçisi dekabrda «Sabah»la keçirilən kubok matçında ayağı iki yerdən sınan Denis Marandiçinin yerinə transfer olunub.

Normalda baxsaq, «Turan Tovuz» istər yerlilərinə, istərsə də əcnəbilərinə kifayət qədər iri pullar xərcləyir.

Burada aylıq 20 min dollara qədər pul qazanan legionerlər var. Məsələn, ayda, ildə 1-2 dəfə forma şansı əldə edən Araş Qadiri kimi.

Ehtiram Quliyev İdarə Heyətinin sədri olduğu kluba ötən mövsümlə müqayisədə dəfələrlə artıq büdcə ayırıb.

Kurban Berdiyevi baş məşqçi postuna əyləşdirəndən sonra kisənin ağzını geniş açıb, heç «uf» da demir. «Pirasikaba»nın yetirməsi 2019-2021-ci illəri burada keçirib. Növbəti mövsümdə «Marilif»nın formasını geyinib.

2022-ci ildə «Qremio Anapolis» ilə müqavtlə imzalayıb. Bir il sonra «Narva Trans» onu sıralarına qatıb.

Estoniya klubu 34 oyunda şans verdiyi «sambaçı»nı 2024-cü ilin yayında «Pandev Akademiyası»na icarəyə verib.

Cənubi amerikalı legioner bura gələnədək Şimali Makedoniya çempinnatında 14 matça çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti