Qurban Qurbanovun xoşuna gələn gənc indi haradadır?

15 Fevral 19:00 Turan 3 274
Qurban Qurbanovun xoşuna gələn gənc indi haradadır?

İbrahim Ramazanovun yetirməsi olduğu "Qəbələ"yə qayıtmasını xəbər vermişdik.

Ötən mövsümün sonuna yaxına "Qəbələ"də parlayan, Qurban Qurbanovun istəyilə Avstriyada "Qarabağ"la toplanış keçən gənc mərkəz müdafiəçisi İbrahim Ramazanova bir neçə Premyer Liqa klubundan ciddi təkliflər vardı.

Arasında əsas heyət üzvü olmaq vədi verənlər də öz yerində.

Amma Ramazanova nə təklif etdilər, hansı pulu verdilərsə arxasına baxmadan "Turan"a qaçdı. 2 illik anlaşma üçün.

İlk gündən qərarın səhv olduğunu demişdik. Kurban Berdiyevin təcrübəli stoperlərin arasında bu gəncə güvənməyəcəyi aydın idi.

Zaman fikirlərimizin doğru olduğunu göstərdi.

Eyni anda Şəhriyar Əliyev, Roderik Miller, Aras Qaderi kimi mərkəz müdafiəçiləri sıradan çıxdığı zamanda belə İbrahim yada düşmədi.

Qışa kimi 1 rəsmi oyunda meydana çıxan görmədik.

Hətta Ölkə Kubokunda ikinci Liqa təmsilçisi "Haypers Quba"ya qarşı görüşdə belə Ramazanova ehtiyac duyulmadı.

Günü Əvəzedici Liqada keçdi. Demək ki, gənclər millimizin sabiq üzvü Berdiyev üçün ümumiyyətlə maraqlı deyilmiş. Ara yerdə gənc istedad kimlərinsə marağına görə karyerasının bir ilini itirmiş oldu. Təki psixoloji baxımdan alınan zərbə karyerasının bütün dövrünə təsir etməsin.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti