«Turan Tovuz» 2025-ci ildə beşinci transferini gerçəkləşdirib.
Qərb klubu xeyli müddətdir danışıqlar apardığı Jo Batista ilə anlaşıb.
Buna kimi Rəhim Sadıxov, Anton Kraçkovski, Orxan Əliyev və Kauanla müqavilə bağlamış əyalət təmsilçisi braziliyalı hücumçunu artıq düşərgəsinə gətirib. 29 yaşlı «sambaçı» ilə 2,5 illik müqavilə imzalanıb.
Sözügedən forvard indiyədək 13 klubun formasını geyinib. “Uniao Sao Joao”, “Moqi Mirim”, “Marília” “Kapivariano”, “Taubaté”, “Frankana”, “Komersial-MS”, “Linens”, “Mito HolliHok”, “Yuventus Yaraquá”, “Anqra dos Reys” və “Sportinq Kovilha”nın uğurları üçün tər töküb.
Cənubi amerikalı 2022-ci ildən «Çaves»in uğurları üçün tər tökürdü. Portuqaliyanın I Liqasını tərk edən «Çaves» müəyyən təzminat qarşılığında onunla yollarını ayırmağa razılaşıb.
SPORTİNFO.AZ