«Turan Tovuz» yeni transfer edib. Avrokuboklar uğrunda mübarizədən qopmaq istəməyən qərb klubu
Kauan Alexandre Martins de Paula ilə anlaşıb.
24 yaşlı braziliyalı ilə ilyarımlıq müqavilə şərtləri razılaşdırılıb.
Sol cinah müdafiəçisi dekabrda «Sabah»la keçirilən kubok matçında ayağı iki yerdən sınan Denis Marandiçinin yerinə transfer olunub.
«Pirasikaba»nın yetirməsi 2019-2021-ci illəri burada keçirib. Növbəti mövsümdə «Marilif»nın formasını geyinib.
2022-ci ildə «Qremio Anapolis» ilə müqavtlə imzalayıb. Bir il sonra «Narva Trans» onu sıralarına qatıb.
Estoniya klubu 34 oyunda şans verdiyi «sambaçı»nı 2024-cü ilin yayında «Pandev Akademiyası»na icarəyə verib.
Cənubi amerikalı legioner bura gələnədək Şimali Makedoniya çempinnatında 14 matça çıxıb.
SPORTİNFO.AZ