COP29

Kurban Berdiyev verdiyi vədi yerinə yetirmədi

11:05 Turan 602
Kurban Berdiyev verdiyi vədi yerinə yetirmədi

Ayxan Quseynov artıq üçüncü mövsümdür "Turan Tovuz"un şərəfini qoruyur.

Yarımmüdafiəçiyə ilk gündən demək olar ki, ehtiyat qüvvə gözü ilə baxılıb.

Amma oyuna sonradan yaxşı qoşulan 25 yaşlı futbolçu komandasını az xilas etməyib.

Xüsusilə standart vəziyyətlərdə onun ötürmələri çox təhlükəli alınır.

Əksəriyyət düşünürdü ki, onun əsas heyətdə möhkəmlənə bilməməsinin yeganə səbəbi legioner statusu daşımasıdır.

Özü Rusiyada doğulsa da valideynləri azərbaycanlıdır. Amma nədənsə müvafiq orqanlar ona Azərbaycan pasportu verməkdən boyun qaçırırdı.

Klubun cəhdləri, futbolçunun istəyi, mətbuatın tələbi bir işə yaramırdı.

Nəhayət, ötən ilin oktyabrında futbolçu uzun həsrətdən sonra arzuladığı pasporta qovuşdu.

Bundan sonra isə ondan gözləntilər birə-beş artdı.

Hətta milli komandaya dəvət alması müzakirə olunan orta sahə oyunçusunun yerli statusla qısa müddətdə bölgə klubunun əsas heyət üzvünə çevriləcəyi gözlənilirdi.

Axı Kurban Berdiyev də əvvəlki açıqlamalarında Quseynovin legioner sayılmasının onun daha çox oynamaq imkanlarını məhdudlaşdırdığını açıqca demişdi.

Təəssüf ki, Ayxan yerli statusu daşıyandan sonra ümidləri doğrulda bilmir.

Berdiyevin dediyinin əksinə, nəinki daha çox zaman almaq, əksinə indi daha çox kölgədə qalmağa başlayıb.

Yerli statusunda ilk oyunu "Kəpəz"lə matça təsadüf edən Ayxan qələbə qolunun məhsudlar ötürməsini verməklə yadda qalmışdı.

O, sonrakı 7 matçın 3-də final fitinə kimi ehtiyatda qalıbsa, digər 4 matçdan yalnız birində meydana əsas heyətdə ayaq basıb. Digər 3 qarşılamda üst-üstə 68 dəqiqə oynamaq fürsəti alıb.

Qısası, yerli pasportu da Ayxanın dadına çatmadı. Bu gün üçün həm Berdiyevin vədi, həm də azarkeşlərin gözləntisi reallıqdan uzaqdır.

Gözləyək mövsümün ikinci yarısını.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti