COP29

Ehtiram Quliyev kimi fikirləşir - “Turan”ı, yoxsa özünü?

14:00 Turan 451
Ehtiram Quliyev kimi fikirləşir - “Turan”ı, yoxsa özünü?

Günlərdir ölkənin futbol sferasında bir mövzü var - legioner limiti və onun mümkün ləğvi.

AFFA İcraiyyə Komitəsinin (İK) son iclasında müzakirəyə çıxarılan məsələni ictimailəşdirən ilk sayt «Sportinfo» olub.

İK-nin əksər üzvlərinin legionerlərə qoyulan məhdudiyyəti tamamilə götürməyə dair mövqeyindən də publikanı biz xəbərdar etmişik.

Məlumatı yaydığımz andan bu yana hamı bir-birinə dəyib. Görünən odur ki, fikirlər haçalanıb. Kurban Berdiyev kimi lal-dinməz, KİV-ə qapalı baş məşqçi belə, bu barədə danışmağa başlayıb. Öiən ilin iyununda

"Turan Tovuz"un sükanı arxasına keçən rusiyalı limitin ləbvinin əleyhinə çıxıb. O, bunun Azərbaycan klublarının akademiyalarına və gənc futbolçulara mənfi təsir göstərəcəyini qeyd edib:

"Ciddi məsələdir. Bununla çox rastlaşmışam. Əgər limitlə bağlı danışırıqsa, onu demək lazımdır ki, bunun üçün strateji yönləndirmə lazımdır.

Azərbaycan futbolunun yaxın 5-7 il ərzində inkişaf mərhələsi dəqiq bilmirəm, plan hansı istiqamətdədir. Sözsüz ki, bu məsələdə vacib olan məqam təsadüfi yox, mərhələli şəkildə işin aparılmasıdır.

Ani şəkildə məsələni qaldırıb qərar vermək olmaz. Əgər bu plan futbolun mərhələli şəkildə inkişafı üçün nəzərdə tutulubsa, bu, başqa məsələdir. Əgər bu məsələ təsadüfi şəkildə yaranıbsa, onda nəsə demək çətindir".

Türkmən kökənli mütəxəssisin mövqeyinə hörmətlə yanaşırıq. Eyni zamanda, onun səsləndirdiyi fikirlərin səmimiliyinə şübhə ilə yanaşdığımızı deməliyik.

Adətən, Azərbaycana gələn əcnəbi məşqçilər yerli futbolçuların səviyyəsindən, bu sayın azlığından şikayətlənir, limitin qaldırılmasının vacibliyini söyləyir.

Bəlli məsələdir ki, Berdiyev də bura başqa niyyətlə gəlməyib. O, qətiyyən istəməz ki, Rusiyada qazandığı imici Premyer Liqamızda yerə vursun.

Heç Berdiyevi «Turan Tovuz»da başa keçirən başbilənlər də başqa niyyət güdmür. Ehtiram Quliyev ondan söz alıb – komandanı avrokuboklara daşıyacaq.

Niyyət yalnız bununla məhdudlaşmır - 73 yaşlı çalışdırıcı İdarə Heyətinin sədrinə vəd verib ki, «Turan» qitəmiqyaslı turnirlərin birində qrup mərhələsində iştirak eləyəcək.

Bu boyda ağır vədin, böyük məsuliyyətin altına girmiş Berdiyev, sizcə, malik olduğu yerli futbolçu qüvvəsi ilə məqsədinə çatacağını fikirləşir?

Quliyevin çoxlu, lap çoxlu pulu ola bilər, amma o, ölkənin ən «qaymaq» oyunçularını Tovuza daşıyacaq qədər güclü biri deyil. «Qarabağ», «Neftçi» və «Sabah»ı dəstəkləyən çevrələr bu lyuksu ona yaratmaz.

Berdiyev guya futbolumuza canıyanan olub. O. əslində, rəhbərinin sözlərini deyir.

Hər oyunsonrası mətbuat konfransında suallara dodaqucu cavab verən, jurnalistlərin bir növ kəlbətinlə söz aldığı «Baba» indi belə dil açıb danışırsa, bu, sizə qəribə gəlməlidir, təəccüblü yox yəni.

Danışan, əslində, Ehtiram Quliyevdir. Sadəcə, Berdiyevin dili ilə danışır. Bu da sədrin limitin ləğvinə hiddətindən xəbər vermir, gerçəyə qalsa.

Onun AFFA-da gözünün olmasına dair iddialar var və bu, media üçün yeni deyil. 2022-ci ilin yazından, «Turan Tovuz»u himayəsinə götürdüyü ilk günlərdən etibarən bu yöndə xəbərlər futbol kluarlarında dolaşır.

Hörmətli Ehtiram bəyin federasiyanın prezidenti postunda özünü görməsi yönündə informasiyalar Rövnəq Abdullayevin də qulağına çatmışdı.

Ovaxtkı AFFA başqanının bundan bərk narahatlıq keçirməsi də məlumdur. Abdullayev güman edirdi ki, o, beşinci müddətə qurumun rəhbəri seçiləcək.

Odur ki, Rövşən Nəcəf AFFA-ya gələnə kimi hakimlər «Turan»ın «vayına oturdu». Arifə bir işarə bəsdir:

Abdullayevin Quliyevin artan nüfuzundan ehtiyatlanmasını sezən «fit sahibləri» Tovuz komandasının əleyhinə silsilə qərarlarla gündəmi «zəbt elədi».

Klub məcburiyyət qarşısında qalaraq, hakimliyə bir neçə dəfə rəsmi surətdə etiraz bildirdi. Ancaq bu bəyanatların yanı sıra bircə dəfə çıxıb deyilmədi ki, yayılan məlumatlar əsassızdır, Ehtiram Quliyevin AFFA ilə bağlı heç bir planı yoxdur.

Sonuncunun yaxınlarda Tovuz stadionunun qazonunn dəyişdirilməsiylə ilgili AFFA-ya göndərdiyi mesaj, ardınca Berdiyevin limitin ləğvinə qarşı çıxması təsadüfə bənzəmir.

Bunlar bir ağılın məhsuluna daha çox oxşayır. Quliyev həqiqətən AFFA-ya iddia etmirsə, niyə ötən ilin aprelində görəvə gəlmiş rəhbərliyin gözlənilən qərarına qarşı çıxır?

Ölkə futbolunun gələcəyi ona belə maraqlıdırsa, nə üçün klubun akademiyası ilə bağlı planları təxirə salıb?

«Turan»ın uşaq komandaları ev oyunlarında həkim tapa bilmir, səfərə «buterburod»la çıxır, budur, yenə nəsilə qayğı?

Araş Qadiri kimi legionerlərin ilinə 200 min dollar xərcləmək olur, tovuzlu balasının ağrıyan yarasına bir məlhəm qoyan ağ xalatlı tapmaq olmur?

Əşşi, yığışdırın bu tamaşanı!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti