COP29

“Turan”da “bıçaq sümüyə dirəndi” - Bu qədər problem olar?

20:00 Turan 407
“Turan”da “bıçaq sümüyə dirəndi” - Bu qədər problem olar?

Premyer Liqanın ikinci dövrəsinin ilk turu qərb derbisi ilə yadda qalacaq.

Yanvarın 19-da Tovuzda keçiriləcək qarşılaşmada, hər nə qədər qəribə səslənsə də, “Kəpəz” nominal meydan sahibi qismində “Kəpəz”i qəbul edəcək.

Tovuzlular prinsipial qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

Komandanın əsas simaları kapitan Şəhriyar Əliyevlə Aleks Souza vərəqə cəzalısı olduqlarına görə qarşılaşmanı kənardan izləyəcəklər.

Əməliyyat olunan aparıcı müdafiəçilər – Denis Marandiçi, Roderik Miller və Faiq Hacıyevin yaşıl meydanlara qayıtması üçün zamana ehtiyac var.

Daha bir zədəli Eltun Turabovun da bu görüşün iştirakçısı olmayacağı böyük ölçüdə dəqiqləşib.

Bu qədər itkilərin fonunda “Turan Tovuz”un çalışdırıcısı Kurban Berdıyevin narahatlığını anlamaq çətin deyil.

Bazar günü Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 16:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti