COP29

“Turan Tovuz“ rəhərliyinin əlini sıxmadı, müqavilə ilə RAZILAŞMADI

14:40 Turan 547
“Turan Tovuz“ rəhərliyinin əlini sıxmadı, müqavilə ilə RAZILAŞMADI

Otto Con “Turan Tovuz“ rəhərliyinin “kefinə soğan doğrayıb“.

2023-cü il iyulun 1-dən Azərbaycanda çıxış edən nigeriyalı müqaviləni 2 illik uzatmaqla bağlı təklifi əlinin arxasıyla geri itələyib.

Aylardan bəri Tovuzdan ayrılmağın yollarını axtaran, ötən müddətdə dəfələrlə “getmək istəyirəm“ çağırışı ilə idarəçilərin qapısını döyən hücumçu Premyer Liqanın digər təmsilçilərindən, həmçinin Avropa və Asiyadan onunla yaxından maraqlanan klubların olmasını bildirərək, “Turan Tovuz“ yönəticilərinin əlini sıxmayıb.

O, bu komandaya 2023-cü il iyulun 1-də “Dukagini”dən (Kosovo) keçib. Buna qədər isə “Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” və “Priştina”da (hər ikisi Kosovo) oynayıb.

Adıçəkilən forvardın “Turan Tovuz”la kontraktı müddəti 2025-ci il iyunun 30-na qədərdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti