«Turan Tovuz» xeyli müddətdir danışıqlar apardığı hücumçu ilə ortaq məxrəcə gəlməyə yaxındır.
Bu haqda klubdan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, Portuqaliyanın birinci liqasında çıxış edən braziliyalı ilə anlaşma əldə olunmaq üzrədir.
Joao kimi təqdim edilən forvardın qarşıdakı günlərdə Azərbaycana gəlməsi istənilib. Onunla ilyarımlıq müqavilə imzalanması gözlənilir.
Avrokuboklar uğrunda mübarizə aparan qərb təmsilçisi bu ölkədən daha bir legioner gətirəcək – biz bunu daha öncə açıqlamışıq.
Sol cinah müdafiəçisi mövqeyinə alınan əcnəbi burada ayağı sınmış Denis Marandiçin yoxluğunu unutdurmalıdır.
SPORTİNFO.AZ