COP29

Kolumbiyalı müdafiəçini heyətinə qatdı - "Turan Tovuz”

11:00 Turan 478
Kolumbiyalı müdafiəçini heyətinə qatdı - "Turan Tovuz”

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Hayderson Hurtado Palominonu rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb.

Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı karyerası ərzində Braziliyanın “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub.

Hayderson Hurtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti