«Kəpəz»dən ayrılan Orxan Əliyev «Turan Tovuz»la müqavilə imzalayıb.
Premyer Liqanın cari mövsümündə 4 qol vuran hücumçunun yeni klubu ilə anlaşmasının müddəti ilyarımdır.
29 yaşlı forvardın çıxışı Kurban Berdiyevi razı salarsa, onunla kontrakt daha 1 il uzadılacaq.
O, Gəncə təmsilçisini bir hava öpüşünə tərk etməyib. Tovuz klubu Əliyevə görə Gəncə təmsilçisinə təzminat ödəyəcək.
Bu keçid sırf Orxanın israrı ilə baş tutub. «Turan» daha çox maaş və mükafat təklif etdiyindən, belə demək mümkünsə, «Kəpəz» rəhbərliyinin zəhləsini töküb.
Qonşu rayondan pulun iyini aldığından, «mən burada xoşbəxt deyiləm» söyləyərək, «Kəpəz» mənsublarından əl çəkməyib. Onlar da məcburiyyət qarşısında qalaraq, «yaxşı, get» deyiblər.
SPORTİNFO.AZ