"Turan Tovuz” dünən qış fasiləsinin ilk legioner transferini gerçəkləşdirib.
Rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski icarə əsasında cari mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.
Mahaçqala "Dinamo"suna məxsus 22 yaşlı yarımmüdafiəçi Qazaxıstan təmsilçisi "Kayrat"da da legioner həyatı yaşayıb.
O, həm “Kayrat”, həm də “Dinamo”da hazırda “Turan Tovuz”un baş məşqçisi olan Kurban Berdıyevin rəhbərliyi altında oynayıb.
Tovuz klubu «Dinamoçu»ya 3-5 manat verməyəcək. Qısa müddət üçün ödəniləcək məbləğ kifayət qədər yüksəkdir.
Onun mayın sonunadək qazanacağı məbləğ 70 min dollar təşkil edəcək.
SPORTİNFO.AZ