"Turan Tovuz” qış fasiləsində ilk transferi gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildiriib.
Rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski icarə əsasında cari mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.
Mahaçqala "Dinamo"suna məxsus 22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi "Kayrat"da da legioner həyatı yaşayıb.
O, həm “Kayrat”, həm də “Dinamo”da hazırda “Turan Tovuz”un baş məşqçisi olan Kurban Berdıyevin rəhbərliyi altında oynayıb.