COP29

“Ayrılmaq öz qərarım idi, peşman deyiləm - Bir müddət gözlədim, düşündüm”

4 Yanvar 21:40 Turan 932
“Ayrılmaq öz qərarım idi, peşman deyiləm - Bir müddət gözlədim, düşündüm”

“Turan Tovuz” mənimlə yeni müqavilə bağlamaqda maraqlı idi.

Lakin həmin vaxt oradan ayrılmaq mənim qərarım idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un sabiq hücumçusu Nadan Oduva deyib.

2022-ci il yanvardan maya qədər “Keşlə”nin uğurları üçün tər tökən, 2022/23 mövsümündə Tovuz təmsilçisində çıxış edən ingiltərəli legionerin buradakı çıxışı pil alınmamışdı.

Sezonboyu 32 oyunda meydana çıxaraq 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan Oduvanın növbəti “futbol ili”ndə də “Turan Tovuz”un uğurları üçün tər tökəcəyi gözlənilsə də, .əksi yaşandı.

Səbəbkar o dönəmi belə xatırlayır:

“Yaxşı mövsüm keçirmişdim və düşünürdüm ki, iddiaları böyük olan komandaya fayda verə bilərəm. Üstəlik, təkliflər də var idi.

Ona görə də tələsik qərar vermək istəməmişdim. Bir müddət gözlədim, düşündüm, yekunda Koreyadan gələn təklifə isti yanaşdım.

İstənilən halda Tovuz və buradakı azarkeşlər mənim üçün doğmadır.

Orada keçirdiyim 1 ilə görə peşman deyiləm. Əksinə, mənim üçün böyük və maraqlı təcrübə oldu”.

“Turan Tovuz”dan ayrılandan sonra Koreyanın “Chunbuk Cheongju” klubu ilə müqavilə bağlayan Natan Oduva ötən ilin mayından bu yana işsizdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 18:10 O da evləndi - FOTOLAR