"Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev Premyer Liqanın 18-ci turunun "Neftçi" ilə matçından sonra növbəti dəfə AFFA-ya səslənməsi ilə yadda qaldı.
Belə ki, bölgə klubunun rəhbəri mətbuat vasitəsilə federasiyaya müraciət edərək Tovuz şəhər stadionun süni ot örtüyünün təbii örtüklə əvəzlənməsinə yardım etməsini xahiş edib.
Təklif ondan ibarətdir ki, işi görəcək şirkət xərclərin 50%-in ödəməyə hazırdır və digər 50% xərci AFFA qarşılasın.
Qarşı tərəfin isə ən azı qarşıdakı ildə bunu etmək fikri yoxdur.
Bu barədə Sportinfo.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib:
"Növbəti illərdə futbolun inkişafı istiqamətində müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bura digər sahələrlə yanaşı, infrastruktur layihələri də daxildir.
AFFA-nın 2025-ci il üçün büdcə layihəsi çərçivəsində görüləcək işlərlə bağlı müzakirələr, demək olar ki, yekunlaşıb.
2025-ci ilin büdcəsində sözügedən məsələ ilə bağlı maliyyə ayrılması nəzərdə tutulmayıb".
XANOĞLAN