«Turan Tovuz»un qış hazırlıq planı dəqiqləşib.
Premyer Liqada üçüncü yerin sahibi kimi tətilə çıxan komanda yanvarın 4-də Türkiyəyə yollanacaq.
Ayın 14-dək Antalyada qalacaq əyalət təmsilçisi 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Kurban Berdiyevin çalışdırdığı kollektiv ayın 9-u və 12-də meydana çıxacaq. Sparrinqlərdən biri macarlar olacaq, digərinin axtarışı isə davam edir.
Problem ondadır ki, başqa ölkələrin komandaları Antalyaya əsasən yanvarın 15-dən sonra gələcək.
Berdiyev isə yerli həvəskar rəqiblərlə üz-üzə gəlmələrini istəmir. Odur ki, tovuzlu rəsmilər çətinliklə üzləşib.
«Turan Tovuz» bu qış Azərbaycanı tərk edən yeganə klubdur. Elitanın digər nümayəndələri vaxt azlığını əsas gətirərək, sərhədi aşmağı məqsədəuyğun sayipyıb.
SPORTİNFO.AZ