“Turan Tovuz“un müdafiəçisi Faiq Hacıyev yaxın günlərdə əməliyyat olunacaq.
Onun qasıq nahiyəsində yırtıq əmələ gəlib.
«Qəbələ»nin yetirməsi bir müddətdir ağrılardan əziyyət çəksə də, istər məşqlərə, istərsə də oyunlara iynə hesabına çıxır.
Yəqin ki, bu gün «Neftçi» ilə keçiriləcək Premyer Liqa matçı da istisna olmayacaq.
Klubdan redaksiyamıza verilən məlumata görə, Hacıyev Türkiyəyə göndəriləcək.
Bir neçə gün qardaş ölkədə qalacaq arxa xətt oyunçusu vətənə döndükdən bir müddət sonra fərdi məşqlərə başlayacaq.
SPORTİNFO.AZ