COP29

Azərbaycanda ayağı sınan futbolçu üçün inanılmazı etdilər - FOTOLAR

16 Dekabr 23:00 Turan 377
Azərbaycanda ayağı sınan futbolçu üçün inanılmazı etdilər - FOTOLAR

“Turan Tovuz”un “sabah”la oyunda ayağı sınan futbolçusu Denis Marandiçi bu mənzərəni ağlından keçirmirdi.

Ki, Tovuzda uşaqdan-böyüyə hər kəs onu xatırlayacaq, “Şamaxı” ilə oyun ən kiçik detalına qədər ona həsr olunacaq.

Kurban Berdıyevi həftəiçi məşqləri “Şamaxı”nı məğlub etməyə hesablanmışdısa, “Turan Tovuz” rəsmiləri ilə azarkeşlərin niyyəti oyun günü stadionda Denis üçün xüsusi ab-hava yaratmaq idi.

* Beləliklə, şəhərin müxtəlif yerlərinə yapışdırılan oyun afişaları məhz Denisin şəkli ilə hazırlanmışdı.

* Sosial media səhifələrində növbəti oyun və oyun günü postunda Denisin şəkli yer almışdı.

* Komanda üzvləri meydana Denisin forması ilə çıxdılar.

* Matçdan əvvəl mərkəzi tribunalarda Denisin şəkilləri ilə xareoqrafiya nümayiş etdirildi.

* Denisin geyindiyi formanın nömrəsinə uyğun olaraq 25-ci dəqiqədə stadiona toplaşanlar onun adını səsləndirdi.

* “Turan Tovuz”un ilk qolunu Roderik Miller vursa da, Peşəkar Futbol Liqasından alınan icazə əsasında diktor qolun müəllifi kimi Denis Marandiçinin fərqləndiyini bildirdi.

* Və ən əsası, qazanılan çətin qələbə Denisə həsr olundu.

Televiziya qarşısında əyləşənlərin sadalananların hamısını görmək və eşitmək imkanı olmasa da, oyuna ezam olunan jurnalistlər möhtəşəm görüntülərə canlı şahidlik etdi.

Komandanın uğuru naminə ayağından keçən qəhrəman futbolçu bu gün olduğu kimi, illər keçsə də, tovuzlular tərəfindən unudulmayacaq.

Səbəbkarın üzərinə düşən iş tezliklə sağlamlığına qovuşub, psixoloji zərbədən qurtulub ən qısa zamanda yenidən yaşıl meydanlara qayıtmaqdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Dekabr 17:20 Rəşad və "Qarabağ"...