Vaxtilə “Karvan”, “Standart”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Keşlə” kimi komandaların baş məşqçisi olmuş Yunis Hüseynov hazırda köməkçi kimi fəaliyyət göstərir.
Təcrübəli mütəxəssis bir müddət öncə “Turan Tovuz”un məşqçilər heyətinə daxil edilib.
Əvvəlki matçlarda 29 yaşlı mütəxəssis ehtiyat oyunçular skamyasında baş məşqçi Kurban Berdıyevin yanında əyləşirdi.
Lakin “Şamaxı” ilə baş tutan qarşılaşmada Hüseynov mərkəzi tribunada yer almışdı.
90 dəqiqə boyunca oyunu izlədi, ara-sıra qulaqcıq vasitəsilə telefonla danışdı, yalnız hakimin final fitindən sonra oranı tərk etdi.
Rastlaşdığımız mənzərə ilə bağlı səbəbkarın özü ilə əlaqə saxlayanda, məlum oldu ki, bu, baş məşqçinin istəyidir:
“Tribunada oturmağımın heç bir problemi yoxdur. Bu, oyunboyu təhlillə bağlıdır. Əvvəl bu funksiyanı həmişə Andrey Matsyura yerinə yetirirdi.
Sadəcə, bu dəfəki oyunda yox idi deyə, baş məşqçi Kurban Berdıyevin təlimatına əsasən orada mən əyləşmişdim. Hərənin özünə görə gördüyü iş var.
Növbəti oyundan yəqin ki, yenidən texniki zonada olacam”.
HƏBİB / SPORTİNFO.AZ