COP29

Kurban Berdiyev qorxdu, yeni gələn adamı yanından uzaqlaşdırdı - QALMAQALLI QƏRAR!

13:00 Turan 460
Kurban Berdiyev qorxdu, yeni gələn adamı yanından uzaqlaşdırdı - QALMAQALLI QƏRAR!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev növbəti dəfə qalmaqallı hərəkət edib.

Yeddi aya yaxındır burada çalışan mütəxəssis ötən ay özünə köməkçi götürdüyü Yunis Hüseynova qarşı sayğısız davranıb.

Və bu, düşərgədə qətiyyən birmənalı qarşılanmayıb.

Rusiyalı sükançı yeni yardımçısını texniki zonada əyləşmək haqqından məhrum edib. 72 yaşlı qoca ona oyunlar vaxtı tribunada olmağı tapşırıb.
Berdiyevin qərarının arxasında əcaib-qəraib səbəb dayanır.

Futbolda «fart»a inanan türkmən kökənli çalışdırıcı bu qənaətdədir ki, Hüseynovun ayağı onlara düşmür. O, komandanın ötən həftələrdə qeyri-sabit çıxışını bununla əlaqələndirib.

PRO kateqoriyalı mütəxəssis 1 aya yaxındır burada fəaliyyət göstərir. Noyabrın 13-də təyinatı rəsmiləşən Hüseynov 2024/2025 mövsümünün sonunadək müqavilə bağlayıb.

O, «Səbail»ə baş məşqçi keçən Cavid Hüseynovu əvəzləyib. «Neftçi»nin məşhur yetirməsini Tovuza gətirmək məhz Berdiyevin istəyi olub.

Onların ortaq tanışları var və bu əlaqələr təyinatda mühüm rol oynayıb. «Rubin»in sabiq çalışdırıcısı, əslində, xoflu biridir. Yunis Hüseynovun onun yerinə keçə biləcəyinlən narahatdır.

Çünki klub rəhbərliyinin yardımçısına necə isti münasibət göstərməsini görüb. İdarə Heyətinin sədri Ehtiram Quliyev başda olmaqla, bütün funksionerlər Yunis bəyə böyük hörmətlə yanaşır.

Hüseynovun ondan sonra komandanın sükanı arxasına əyləşmək ehtimalı bu üzdən böyükdür. Berdiyev köhnə «qurd»dur, hadisələrin inkişafını yaxşı sezir.

Hiss edir ki, ayağını klubun qapısından o tərəfə qoyan gün rəhbərlik yardımçısını iş başına keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti