«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yeni transfer hədəfini bəlli edib.
Rusiyalı çalışdırıcı Elvin Camalovun xidmətində maraqlıdır.
72 yaşlı çalışdırıcı «Sabah»ın kapitanını öz sərəncamında görmək istəyir.
Tovuzda «Baba» ləqəbi alan sükançı sözügedən yarımmüdafiəçi ilə danışıqların aparılması üçün klub rəhbərliyinə göstəriş verib.
Berdiyev Camalovun döyüşkən ruhlu olduğunu, komandasında məhz bu xarakterli oyunçuların çatışmadığını söyləyib.
SPORTİNFO.AZ