"Turan Tovuz"un əməliyyat olunan futbolçusu Denis Marandiçi artıq xəstəxanadan buraxılıb.
Moldovalı legioneri müalicəsini ev şəraitində davam etdirəcək.
D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən matçında rəqib hücumçu Pavol Safranko ilə ikili mübarizədə bir neçə yerdən sınıb.
Slovakiyalı forvardın zərbəsinə tuş gələn Denisin ayağı iki yerdən sınıb. Onun ayağına 14 «bolt» bərkidilib.
Şəmin hşissə ən azı iki həftə gipsdə qalacaq. Daha sonra Azərbaycanı tərk edərək, Portuqaliyaya yollanacaq.
Niyə məhz Portuqaliya? Moldovalının ailəsi hazırda bu ölkədə yaşayır.
SPORTİNFO.AZ