Premyer Liqanın 16-cı turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edib.
Oyundan əvvəl tribunalarda maraqlı görüntü yaşanıb.
Belə ki, tovuzlu azarkeşlər “Sabah”la kubok görüşündə ayağı sınan Denis Marandiçiyə dəstək nümayiş etdirib.
Azarkeş qrupunun üzvləri moldovalı müdafiəçinin şəklini nümayiş etdirib. Ardınca hər kəs ayağa qalxaraq futbolçunun adını çəkib.
Məlum dəstək forması hər kəs tərəfindən alqışla qarşılanlb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN