COP29

Elə adam olmadı ki, onun bu halına canı yanmasın - Bədbəxt hadisənin VİDEOsu

4 Dekabr 16:40 Turan 301
Elə adam olmadı ki, onun bu halına canı yanmasın - Bədbəxt hadisənin VİDEOsu

Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun 1/8 final mərhələsinin keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı pis hadisə yaşanıb.

21-ci dəqiqəsində ev sahiblərinin müdafiəçisi Denis Marandiçi ağır zədə alıb.

Hadisə “Sabah”ın hücumu zamanı baş verib.

Masazır təmsilçisinin kapitanı Pavol Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, təhlükəli vəziyyəti uzaqlaşdırmaq istəyən Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.

Bu zaman moldovalı legioneri yerə uzanıb və onun şiddətli ağrının təsirindən bağırtısı laz uzaqdan belə, eşidilib. Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və o, xəstəxanaya aparılıb.

İstəməyərəkdən rəqibin ayağına zərbə endirən slovakiyalı Safranko isə həmin anda çox məyus olub. O, bunu hətta dizlərini yerə qoymaqla da ifadə edib.

Marandiçi mövsümü erkən başa vura bilər. Qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini Əli Balakişiyev deyib:

"Marandiçi Gəncədəki özəl klinikalardan birinə aparıldı. İlkin müayinədən sonra onun ayağının bir neçə yerdən sındığı müəyyən edildi.

Ayağına gips qoyulub və oradan da əməliyyat üçün Bakıya göndəriləcək. Böyük ehtimalla sabah və ya o biri gün əməliyyat olunacaq. Gedişat onu göstərir ki, futbolçumuz mövsümü erkən başa vura bilər".

"Turan Tovuz" - "Sabah" oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər