COP29

Kurban Berdiyev “Turan”ın oyunçularını qınadı

11:00 Turan 461
Kurban Berdiyev “Turan”ın oyunçularını qınadı

"Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev bu haqda sualları cavablandırıb:

- Hər şeydən əvvəl Denis Marandiçinin zədələnməsi ağırdır. İkincisi də təcrübə çatmadı. Qələbə hesabını qoruya bilmədik. Müdafiədə sadə səhv və nəticədə qol oldu.

- Denis Marandiçinin zədələnməsi komandaya necə təsir etdi?

- Çox böyük təsiri oldu. Amma uşaqlar sona qədər döyüşdülər. Penaltilər seriyası lotoreyadır. Çox üzücü oldu ki, ikinci qolu adi, elementar səhvdən buraxdıq.

- Rəqibin ilk qolunu necə şərh edərdiniz?

- Qeyri-adi heç nə deyə bilmərəm.

Digər Xəbərlər
Xəbər Lenti