Premyer Liqanın 15-ci turu çərçivəsində “Araz-Naxçıvan” Mərdəkanda “Turan Tovuz”la qarşılaşıb (1:0).
Oyuna maraq istənilən səviyyədə deyildi.
Havanın soyuq, həm də həftəiçi iş günü olması turun mərkəzi qarşılaşmasının azarkeşsiz qalmasına səbəb olub.
Naxçıvan təmsilçisinin yer aldığı tribunada 8 nəfər yer alıb.Əvəzində, “Tur an Tovuz” özünü evdəki kimi hiss edib.
Tovuzdan Bakıya gələn 100-ə yaxın tərəfdar tribunada əla atmosfer yaradıb.
Müxtəlif şərqilər oxuyur, komandanı qələbəyə səsləyir, baş məşqçinin adını çəkir, ara-sıra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevi yada salıblar.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN