Cavid Hüsenyovun «Səbail»ə təyinatı Kurban Berdiyevi hiddətləndirib.
Bu barədə «Turan Tovuz»dan saytımıza məlumat verilib.
Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, baş məşqçi əsas köməkçisinin «dənizçilər»in sükanı arxasına keçməsinə sərt reaksiya göstərib.
Rusiyalı çalışdırıcı rəsmilərlə söhbətdə bu addımı düzgün saymadığını deyib, onları qeyri-peşəkarlıqda suçlayıb.
«Siz onun hər təklifə açıq olduğunu, hər an buradan gedə biləcəyini bilirdiz. Bunu əvvəldən mənə söyləməli idiz.
Mənə xəbərdarlıq etməməklə səhvə yol verdiz. Cavid Hüseynovun baş məşqçi getməyə hazır olduğunu onda bilsəydim, onu özümə köməkçi götürməzdim.
Nədir, mən yanımda «agent» saxlamışam? O, bu 6 ayda məndən çox şey öyrəndi, sirlərimizi bildi və getdi» - Berdiyev narazılığını bu şəkildə ifadə edib.
SPORTİNFO.AZ