«Turan Tovuz»un rəisi İman Həsənovun səhhətində ciddi problem yaranıb.
Uzun illərdir Tovzda klubunda çalışan funksioner insult keçirib.
Hadisə dünən Bakıda, onun yaşadığı evdə baş verib. Qəflətən halı pisləşən Həsənov 6 saat sonra xəstəxanaya çatdırılıb.
Həkimlər klub rəsmisinin beyninə qan sızmasını müəyyənləşdirib. Və o, əməliyyata alınıb.
Pasiyent hazırda komadadır. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
SPORTİNFO.AZ