Kurban Berdıyevin “Turan Tovuz”un baş məşqçi postundan ayrılacağı haqda xəbərlər yayılıb.
Sportinfo.az xəbər verir ki, “Match TV” bu haqda mütəxəssisin əvvəlki iş yeri olan Mahaçqala “Dinamo”sunun baş direktoru Şamil Qazizovdan açıqlama alıb.
Funksionerin söylədikləri:
“Bəli, özündə Berdıyevin “Turan Tovuz”dan ayrılmasını əks etdirən xəbərlərlə tanışam. Amma Kurban bəylə bu haqda söhbət etməmişik.
O, “Dinamo”dan ayrılanda, bildirdik ki, nə vaxt istəsə, evə dönüb, klub prezidentinin müşaviri vəzifəsində çalışa bilər.
Onunla işləmək bizim üçün həmişə xoş olub. Berdıyevi həmişə gözləyəcəyik.
Mütəxəssis uşaq futbolumuza böyük töhfələr verib. Onunla işləmək böyük şərəfdir”.
Berdıyev 2023/24 mövsümündə Mahaçqala təmsilçisini çalışdırıb və komandanı Rusiya premyerliqasına yüksəldib. Bu ilin aprelindən iyuna qədər isə klub prezidentinin müşaviri kimi çalışıb.