COP29

Kurban Berdıyev “Turan”da 3 nəfərə XƏBƏRDARLIQ ETDİ!

22 Noyabr 19:20 Turan 567
Kurban Berdıyev “Turan”da 3 nəfərə XƏBƏRDARLIQ ETDİ!

Avrokuboklara vəsiqəni hədəf seçən “Turan Tovuz”u iki ağır sınaq gözləyir.

Bölgə təmsilçisi bu həftə çempionatdakı əsas rəqiblərindən olan “Sabah”ı qəbul edəcək, növbəti həftə özündən bir pillə öndə qərarlaşan “Araz-Naxçıvan”ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, tovuzluların heyətində bir neçə futbolçunun cəza sərhədində olması baş məşqçi Kurban Berdıyevi narahat edir.

Komandanın əsas simaları Faiq Hacıyev, Aleks Souza və Veysəl Rzayev cari mövsümdə 3 sarı vərəqə ilə cəzalandırılıblar.

“Sabah”la qarşılaşmada alacaqları növbəti “sarı” “Araz-Naxçıvan”a qarşı meydana çıxmalarını əngəlləyəcək.

Odur ki, Berdıyev bu oyunçulara son dərəcə diqqətli olmağı tapşırıb. Əsas rəqiblə dueldə mümkün itkilər komandaya baha başa gələ bilər.

Noyabrın 25-də Tovuz şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi