“Klubla sözləşməmin müddəti başa çatandan sonra yenidən təkliflərə baxacam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Otto Con deyib.
Azərbaycanda ikinci iulini keçirən nigeriyalı legioner buradan ayrılmaq niyyətində olduğunu büruzə verib.
26 yaşlı afrikalı qarşıdakı müddətdə təkliflərə açıq olacağını gizlətməyib:
“O vaxta qədər 6-7 ay var. İyunda hansı qərar verəcəyimi indidən deyə bilmərəm.
Təkliflərə və şəraitə baxacam. Vəziyyətə uyğun qərar verəcəm”.
Otto Con 2023-cü ilin yanvarından formasını geyindiyi bölgə təmsilçisində daxili yarışlarda meydana çıxdığı 50 oyunda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.