COP29

Azərbaycan klubunun "Fənərbağça" ilə bağlı planı niyə baş tutmadı?

9 Noyabr 20:40 Turan 515
Azərbaycan klubunun "Fənərbağça" ilə bağlı planı niyə baş tutmadı?

Çempionluğun və “Turan”ın ölkəmizi ilk dəfə “Fənərbağça” ilə oyunlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar olaraq “Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Oyun 11 noyabr tarixində saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Halbuki daha əvvəl 30 il öncə "Turan"la görüşdə meydanda olan "Fənərbaxça" veteranlarının ölkəmizə səfər edəcəyi iddia olunurdu.

Əldə etdiyimiz məlumata görə, həqiqətən ilkin plan İstanbul nəhənginin Tovuza səfər etməsi olub.

Lakin danışıqlar əsnasında bunun mümkünsüz olduğu ortaya çıxıb.

Əsas səbəb isə 30 il əvvəl Türkiyə təmsilçisinin formasını geyinən futbolçuların əksəriyyətinin ya legioner, ya da ölkə xaricində doğulan türklər olması olub.

Onların bir yerə yığılmasının real olmadığını görən bölgə klubu alternativ variant kimi əzəli rəqib "Kəpəz"in veteranları ilə matçın keçirilməsinə qərar verib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!