COP29

“Qarabağ”dakı yerlilərimin hər biri ilə əla münasibətim var”

8 Noyabr 17:40 Turan 680
“Qarabağ”dakı yerlilərimin hər biri ilə əla münasibətim var”

“Bu dəfə əsasən oyunla bağlı danışdıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un braziliyalı hücumçusu Aleks de Souza deyib.

Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”la “Qarabağ” üz-üzə gəldi. Qərb rayonunda keçirilən matç 0:0 bitdi.

Qarşılaşma başa çatandan sonra “Qarabağ”la “Turan”ın heyətindəki braziliyalı futbolçular uzun müddət meydanın mərkəzində söhbət etməklə diqqət çəkdi. Sanki aylardır bir-birlərini görmürdülər.

Aleks “asudə vaxtlarda Bakıda bir araya gəlirsiz, yoxsa buna imkan olmur” sualına cavabında bunları söyləyib:

“Təbii ki, fürsət olduqca görüşürük. Ancaq o cür görüşlərimiz əsasən şəxsi həyatla əlaqəli söhbətlərlə, bir-birimizlə zarafatlarla bağlı olur.

“Qarabağ”dakı braziliyalıların hər biri ilə əla münasibətim var”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 11:00 Sizin də yeriniz var!