12-ci turun açılış turu “Turan Tovuz” – “Qarabağ” matçı ilə başladı.
Birinci dövrədə səfərdə rəqibini 1:0 məğlub edən qərb təmsilçisi doğma meydanda da liderə məğlub olmadı.
Oyun qolsuz bərabərliklə başa çatdı.
Hakimin final fitindən sonra tovuzlular sevincdən yerə-göyə sığmırdı. Futbolçularla azarkeşlərin 1 xalın sevincini birlikdə qeyd etmələri mərkəzi tribunadan o qədər gözəl görünürdü ki.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev klub rəsmiləri ilə yanaşı xoşagələn mənzərəni seyr etdikdən sonra meydanı tərk edən məşqçi və futbolçu heyətini ayaq üstə alqışlamağı özünə borc bildi.
Futbolçular da öz növbəsində başqana təşəkkürünü eyni şəkildə çatdırdı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN