“Turan Tovuz”un sıralarına yeni futbolçu qoşulub.
Bu, əslən tovuzlu Vüqar Bağırovdur.
Vaxtilə Azərbaycanın U-17 millisinin şərəfini qorumuş futbolçu 2021-ci ildən “Alanyaspor”un akademiyasında yer alır.
Lakin 18 yaşı tamam olduğundan və peşəkar müqaviləyə imza atmaq həvəsi onu vətənə qayıtmağa məcbur edib. Odur ki, Vüqar bir müddət “Turan”ın məşqlərində iştirak edəcək.
Kurban Berdıyev Bağırovun hazırlıq səviyyəsində razı qalsa, onunla uzun müddətli müqavilə bağlanacaq.
HƏBİB / SPORTİNFO.AZ