«Turan Tovuz»da Kurban Berdiyevdən narazılıq get-gedə artmaqdadır.
Roderik Miller kimi bir neçə futbolçu kimi, Xəyal Nəcəfov da klubunu dəyişmək niyyətindədir.
Yarımmüdafiəçi artıq Premyer Liqanın 2-3 iştirakçısı ilə danışıqlara başlayıb.
«Sumqayıt»ın yetirməsi 2 ilə yaxındır «Turan»ın formasını geyinir.
İlyarım icarə əsasında çıxış edən orta sahə oyunçusu bu ilin yayında «Neftçi»dən birdəfəlik transfer olunub. Tovuz təmsilçisi cüzi məbləğdə təzminat ödəyərək, onunla 3 illik müqavilə imzalayıb.
Ayxan Abbasovun zamanında komandanın aparıcı simalarından birinə çevrilən Nəcəfov son vaxtlar bu statusunu itirib.
Berdiyev millinin üzvünə ilk «11-lik» üzvü gözüylə baxmır. Üstəlik, tez-tez onu danlayır.
Bəzən bu, yersiz yerə olur. Xəyalı baş məşqçidən incik salan da budur.
SPORTİNFO.AZ