COP29

“Burada “sən-mən” yoxdur, bir çox şeylərə alışmışam”

2 Noyabr 23:00 Turan 533
“Burada “sən-mən” yoxdur, bir çox şeylərə alışmışam”

“Mən özümü burada yaxşı hiss edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un nigeriyalı hücumçusu Otto Con deyib.

Azərbaycanda ikinci mövsümünü keçirən afrikalı forvard iddia edib ki, düşərgədə hamı bir-birinə “can” deyib, “can” eşidir:

“Mən də komandamızdakı futbolçulardan biriyəm. Burada ikinci ilimdir, bir çox şeylərə alışmışam, kollektivə uyğunlaşmışam.

Ona görə də çalışıram ki, “Turan”a lazım olan faydanı verim. Biz bir ailəyik.

Hamımız bir-birimiz üçün çalışırıq. Burada “sən-mən” yox, “biz” anlayışı var”.

Digər Xəbərlər
Xəbər Lenti