Premyer Liqanın 12-ci turunda lider “Qarabağ” səfərdə “Turan Tovuz”un qonağı olub.
Kifayət qədər gərgin keçən qarşılaşmaya tribunalardakı ab-hava xüsusi rəng qatıb.
6 min azarkeş tutumu olan stadionun tam dolmasının nəticəsi kimi yerli futbolsevərlər sevimli komandalarına dəstək verib, “Qarabağ”ı təzyiq altında saxlayıblar.
Maraqlı görüntülərdən biri oyundan əvvəl yaşanıb.
“Turan Tovuz”un azarkeş qrupu stadiona xüsusi təşkilatlanmış formada daxil olaraq, özündə Azərbaycan bayrağının rənglərini əks etdirən petardları yandırıblar.
Mərkəzi qarşılaşmaya rəng qatan mənzərə hər kəs tərəfindən coşqu və alqışla qarşılanıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN