Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 12-ci turunun "Qarabağ"la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.
- Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, yaxşı oyun oldu. Ümumən oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi.
- Qələbə qazana bilməməyinizdə "Qarabağ"ın qapıçısının yaxşı oyununun nə qədər təsiri oldu?
- Qapıçı onsuz da yaxşı oynamalıdır.
- Rəqibin "Qarabağ" olması oyun planında sizi nəyisə dəyişməyinizə məcbur etdi?
- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, onların ümumən ustalıqlarını, fərdi ustalıqlarını da nəzərə almışdıq.
- Sirr deyilsə, plan nədən ibarət idi?
- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.
- Liderlə heç-heçə sizi razı salır?
- Desəydik ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.